Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qarabağda sülh əldə etməyə çalışacağıq” – Medvedyev

“Qarabağda sülh əldə etməyə çalışacağıq” – Medvedyev

Rusiya baş naziri Dmitri Medvedyev İrəvanda səfərdədir.

Rusiya KİV-ləri xəbər verir ki, səfər çərçivəsində Medvedyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Tərəflər Dağlıq Qarabağ ətrafındakı situasiyanı müzakirə edəcək. Görüşün sonunda Rusiya və Ermənistan bəyanatla çıxış edəcəklər.

Sabah isə baş nazir Bakıda rəsmi səfərdə olacaq və prezident İlham Əliyevlə görüş keçirəcək.

***

“Rusiya tərəfi Dağlıq Qarabağda sülh əldə olunması üçün bütün səylərini göstərəcək”. Bu barədə Rusiya baş naziri Dmitri Medvedyev bildirib.

“Hazırda vacib olan sülh və stabilliyi qorumaqdır. Bu məsələ ilə bağlı Rusiya əlindən gələn hər köməyi göstərəcək”, – deyə baş nazir vurğulayıb. Moderator.az

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın