Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qarabağ münaqişəsi gec-tez həll olunacaq” – Əli Əhmədov

“Qarabağ münaqişəsi gec-tez həll olunacaq” – Əli Əhmədov

“Ermənistan dəfələrlə qeyri-konstruktiv mövqe nümayiş etdirib. İşğalçı ölkə mövqeyindən əl çəkmir. Hesab edirik ki, Ermənistan bu yolla münaqişənin nizamlanması prosesinə əngəl törədir, status-kvonu qorumağa çalışır”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov Ermənistanın Hamburqda 3+2 formatında görüşdən imtina etməsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, Ermənistan rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, Azərbaycanın işğal olunmuş torpaqları geriyə qaytarılacaq: “Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək. Buna görə də Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır və bu taktikanı həyata keçirmək üçün ayrı-ayrı görüşlərdən imtina etmək yolunu seçir. Güman edirəm ki, bununla Ermənistan özünün beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirir”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın