Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qadınları birdən-birə icra başçısının müavini qoymaq olmaz” – sabiq icra başçısı

“Qadınları birdən-birə icra başçısının müavini qoymaq olmaz” – sabiq icra başçısı

“Bu gün icra hakimiyyətləri başçılarının müavinlərinin çoxu qadındır. Amma mən onlara baxanda narahatlıq keçirirəm. Qadınları birdən-birə məktəbdən gətirib icra başçısının müavini qoymaq olmaz. Onları bu vəzifəyə hazırlamaq lazımdır”.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “KİV-də Qadın və uşaq problemləri” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
Komitənin sədr müavini eyni zamanda qeyd edib ki, qadınları vəzifədən tamamilə uzaqlaşdırmaq da düzgün deyil.
Virtualaz.org xatırladır ki, Sədaqət Qəhrəmanova 1978-1995-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər Partiya Komitəsinin katibi, 1995-2005-ci illərdə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın