Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / Prezidentin 7-ci köməkçisi – Cəmilə Abbasova kimdir?

Prezidentin 7-ci köməkçisi – Cəmilə Abbasova kimdir?

Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 25-də imzaladığı sərəncamla özünün köməkçilərinin sayını artırdı. Həmin sərəncamla Natiq Əmirov Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Sözügedən sərəncamdan sonra Azərbaycan Prezidentinin köməkçilərinin sayı 7-yə çatıb.

Ölkə başçısının köməkçilərindən 6-sı cəmiyyətə tanış olsa da, daha əvvəl həmin posta təyinat almış Cəmilə Abbasova haqqında ictimaiyyət geniş məlumata malik deyil.

Cəmilə Mir-Sadıq qızı Abbasova dövlət başçısının hələ 21 sentyabr 2004-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Prezidentinin köməkçisi təyin edilib.

Cəmilə Abbasovanın adının yalnız bu günlərdə Prezidentin rəsmi saytında Administrasiyanın strukturlarına rəhjbərlik edən məmurların siyahısına əlavə edilməsi bu internet resursunu izləyənlərdə çaşqınlıq yaradıb. Çoxları elə bilib ki, ölkə başçısı özünə yeni köməkçi təyin edib. Əslində isə uzun müddətdir Prezident Administrasiyanda kölgədə qalan xanım Cəmilə Abbasovanın ölkə başçısının ən güvəndiyi köməkçilərindən biri olduğu vurğulanır..

Hazırda hakimiyyətin üst qatında yüksək vəzifə tutan Cəmilə Abbasova Prezident İlham Əliyev hələ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti olarkən də onun köməkçisi işləyib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev təxminən 1 il sonra – 21 sentyabr 2004-cü il tarixində imzaladığı sərəncamla əvvəllər ARDNŞ-də çalışan xanım Abbasovanın iş yerini Prezident Administrasiyasına dəyişib.

Beləliklə, hazırda Prezidentin köməkçiləri aşağıdakı şəxslərdir:

Əli Həsənov – Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsi müdiri;

Əli Əsədov – Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Administrasiya rəhbərinin müavini;

Natiq Əmirov – Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi;

Vahid Əliyev – Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Administrasiya rəhbərinin müavini;

Cəmilə Abbasova – Prezidentin köməkçisi;

Tariyel Ağayev – Prezidentinin köməkçisi;

Dilarə Seyidzadə – Prezidentin köməkçisi, Prezident Katibliyin rəisi.(Modern.az)

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …

Bir cavab yazın