Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qubad İbadoğlu: “Bu terror qısamüddətli ajiotaj yaradacaq”

Qubad İbadoğlu: “Bu terror qısamüddətli ajiotaj yaradacaq”

“Bu terror dolların bahalaşması, avronun və neftin ucuzlaşması istiqamətində qısamüddətli effekt verə biləcək hadisədir”.
Brüsseldə baş verən terror aktından sonra dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Dollar isə yüksəlişə keçib.
Musavat.com-un əməkdaşı hadisə ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğlunun məsələyə münasibətini öyrənib.
İqtisadçı Q.İbadoğlu baş verən terror hadisəsinin avronun və neftin ucuzlaşmasına səbəb olacağını bildirib: “Belçikanın paytaxtı Brüsseldə baş verən terror aktı dolların bahalaşması, avronun və neftin isə ucuzlaşması istiqamətində qısamüddətli effekt verə biləcək hadisədir. Bu terror həmçinin Avropa şirkətlərinə bağlı səhmlərinin dəyərinə də mənfi təsir göstərəcək”.
İqtisadçı ekspert bu ucuzlaşmanın uzun müddət davam etməyəcəyini də qeyd edib: “Amma bu təsir uzunmüddətli xarakter daşımayacaq, qısamüddətli effekt verərək, ajiotaj yaradacaq. Sonradan maliyyə və valyuta bazarlarında sabitləşmə müşahidə olunacaq”.
İqtisadi ekspert Natiq Cəfərli isə bu hadisənin Azərbaycana birbaşa təsir etməyəcəyini vurğulayıb: “Bizdə iqtisadi sistem dünya ilə paralel deyil, məzənnə də iqtisadi deyil, inzibatidir. Ona görə də, bizə birbaşa təsiri olmayacaq”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın