Cümə , Noyabr 22 2019
Ana səhifə / Sosial / Prezident iki nazirə və komitə sədrinə tapşırıq verdi – İki fərman

Prezident iki nazirə və komitə sədrinə tapşırıq verdi – İki fərman

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Mia.az-ın xəbərinə görə, saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb. Dövlət Gömrük Komitəsinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Hökumətinə bildiriş göndərməlidir.
Bundan başqa, dövlət başçısı Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Namibiya Maliyyə Nazirliyinin Gömrük və Aksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb. Dövlət Gömrük Komitəsinə fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Namibiya Hökumətinə bildiriş göndərilsin.

Həmçinin oxuyun

Azərbaycanda evdar qadınlara pul verilə bilər

“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan …

Bir cavab yazın