Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Prezident: “Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir”

Prezident: “Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir”

Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib.

“Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar…
Münaqişə ilə bağlı mövcud olan (Dağlıq Qarabağda – red.) status-kvo qəbuledilməzdir”, – deyə dövlət başçısı qeyd edib.

“Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın