Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “İcra başçısı postuna elə səviyyəsiz adamlar qoyulub ki…”

“İcra başçısı postuna elə səviyyəsiz adamlar qoyulub ki…”

Son vaxtlar ölkə mətbuatıında rayonlardakı tarix və mədəniyyət abidələrinin baxımsızlıqdan dağılması ilə bağlı işıqlandırılan informasiyaların sayı artmaqdadır.
Maraqlıdır, Azərbaycanın tarixi abidələrinə olan bunca laqeydlik nə ilə bağlıdır? Niyə bu abidələrin dağılmasını önləmək üçün zəruri addımlar atılmır?
Moderator.az-a açıqlama verən görkəmli tarixçi alim, professor Cəmil Həsənli yerlərdəki icra başçılarının bu məsələdəki biganəliyinin yolverilməz olduğunu vurğuladı:
“Yerlərdə icra hakimiyyətinin başçısı postuna o qədər səviyyəsiz adamlar qoyulub ki, onların tarix və mədəniyyət abidələri haqqında təsəvvürləri çox məhduddur. Onların böyük əksəriyyəti bu abidələri qiymətləndirmək potensialından uzaq olan şəxslərdir. Ona görə də rayonlarda tarix və mədəniyyət abidələrinin acınacaqlı vəziyyətə düşməsində təəccüblü heç nə yoxdur.
Əlbəttə ki, bu abidələr dövlət qayğısı ilə əhatə olunmalıdır. Bu abidələr Mədəniyyət Nazirliyi, icra hakimiyyətləri tərəfindən Azərbaycanın qüvvədə olan qanunlarına istinadən qorunmalıdır. Dövlət həmin abidələrin qorunmasında maraqlı olmalıdır.
Abidələrimizin bir hissəsi işğal zonasındadır. Hansı ki, onları ermənilər dağıtdı. Bir hissəsi də səviyyəsiz icra başçılarının laqeydliyi ucbatından dağılır”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın