Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Polis də onlara söz deyə bilmir…”

“Polis də onlara söz deyə bilmir…”

“Bu yaxınlarda mən maşınımla gedəndə avtobus qəza şəraiti yaratdı. Biz ölümdən döndük. Maşını saxlayıb polisə bu barədə məlumat verdim.”

Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı parlamentdə “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib.

O qeyd edib ki, polis bunun qarşısını ala bilmədiyini vurğulayıb: “Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Doğrudanmı, avtobus sahibkarlarına söz demək mümkün olmur.  Bu gün avtobuslar necə gəldi marşrutu sürürlər. Sərnişinlərin hüquqlarını pozurlar. Yüksək səslə mahnılar qoyurlar. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın