Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Zakir Qaralov yenidən baş prokuror təyin edildi

Zakir Qaralov yenidən baş prokuror təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.

Sənəd barədə məlumat verən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti 5 illiyə baş prokuror təyin edilməsi təklif olunur.

Ə.Hüseynli Z.Qaralovun fəaliyyəti barədə məlumat verərək bu fəaliyyəti yüksək qiymətləndirib.

Daha sonra Z.Qaralov növbəti 5 illiyə baş prokuror təyin edilib.

Zakir Qaralov 1956-cı il, yanvarın 13-də Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbayel rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel, 2000-ci il tarixdən Azərbaycan Respublikasının baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

26 dekabr, 1995-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə, 29 sentyabr, 2006-cı ildə isə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …

Bir cavab yazın