Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Pirşağıda qanunsuz tikilən obyekt sökülüb – VİDEO

Pirşağıda qanunsuz tikilən obyekt sökülüb – VİDEO

Pirşağıda qanunsuz tikilən obyekt sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkarlayıb.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …