Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tikinti materiallarının istehsalı artıb

Tikinti materiallarının istehsalı artıb

2022-ci il yanvar-noyabr aylarında ölkədə 994,9 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 14,5 faiz üstələyir.

Bu haqda məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.

Hesabat dövründə tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz artıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …