Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Sosial / Pakistanın baş naziri Azərbaycana gələcək

Pakistanın baş naziri Azərbaycana gələcək

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd etdi.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulandı və digər sahələrdə olduğu kimi, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. Özəl sektor, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Valideynlərin diqqətinə: Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, …

Bir cavab yazın