Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Pənah Hüseynə qoçu leksikonu ilə danışmamağı tövsiyə edirəm”

“Pənah Hüseynə qoçu leksikonu ilə danışmamağı tövsiyə edirəm”

“Torpaqlarımızın getməməsi üçün Milli Məclisin qarşısında diz çökmək ayıb deyil, bəlkə də şərəfli işdir. Təki elə o diz çökmək öz bəhrəsini verərdi və torpaqlarımız işğal olunmazdı”.
Bunu Moderator.az-aaçıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib.
Tahir Kərimli deyib ki, o, illərlə qaçıb-gizlənərək fərd qaşısında diz çökməyib: “Pənah Hüseynin bu cür aşağı səviyyəli çıxışı ilə doğrudan da özünə qarşı deyilən iddiaları doğruldur. Görünür öz səviyyəsini ifadə edir. Mən təəssüf edirəm ki, zaman-zaman onu müdafiə eləmişəm və həmişə çalışmışam ki, onu müdafiə edim. Pənah Hüseynli xüsusi olaraq başa düşməlidir ki, qələt yağ küpəsində olur. Kimin necə işləməyini hamı bilir. Kimin pul yığmaqla, rüşvətxorluqla məşğul olduğunu da hamı bilir. Heç kim mərhum Əbülfəz Elçibəyin Milli Məclisdə oturmağı haqqında söz deməyib. Elçibəyə sözlər həm təklikdə, həm də AXC-nin Ali Məclisində üzünə deyilib. Rəhmətlik Vaqif Səmədoğlu və digər 38 adam da müdafiə edib. Kim deyib ki, biz demişik Elçibəy Milli Məclisdə oturub. Heç olmasa düzgün cavab vermək lazımdır, yalandan yox. Pənah Hüseynə qoçu leksikonu ilə danışmamağı tövsiyə edirəm”.
Qeyd edək ki, Xalq Partiyasının sədri, sabiq millət vəkili Pənah Hüseyn dünən Moderator.az saytına verdiyi açıqlamada deputat Tahir Kərimli haqqında ciddi ittihamlar səsləndirib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın