Çərşənbə , İyul 17 2019
Ana səhifə / Sosial / “Öz namizədlərimizi öz qəzetimizdə təbliğ edəcəyik” – YAP-dan AÇIQLAMA

“Öz namizədlərimizi öz qəzetimizdə təbliğ edəcəyik” – YAP-dan AÇIQLAMA

Oktyabrın 9-dan etibarən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. 23 agentlik və sayt, 19 qəzet və 3 televiziya deputatlığa namizədlərin ödənişli əsaslarla təbliğatına yer ayırmaq üçün MSK-ya müraciət edib.

Bəzi məlumatlara görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin yalnız adıçəkilən partiyaya birbaşa bağlı olan və ya yaxın mətbu orqanlarda təbliğatları aparılacaq. Bəs bu, YAP-ın mətbuata qarşı ayrı-seçkiliyi kimi dəyərləndirilə bilərmi?

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a açıqlamasında məlumatı demək olar ki təsdiqləyib və bunu ayrı-seçkilik adlandırmağın əleyhinə olduğunu deyib

“Yeni Azərbaycan Partiyası öz namizədlərinin təbliğatını aparırsa, burda mətbuata qarşı heç bir ayrı-seçkilik yoxdur. Mətbuat orqanları namizədlərin təbliğatını ödənişli əsaslarla apardığı halda, partiyalar da öz namizədlərinin ödənişsiz təbliğatını aparmağa çalışır. Hər bir namizədə istənilən yerdə təşviqat aparmaq hüququ verilir. Biz öz mətbu orqanlarımızda təşviqatımızı aparacağıq. Partiyanın fəaliyyəti ilə əlaqədar biz bunu etməliyik.

Əgər hansısa saytda təşviqatımızı aparmaq istəyiriksə, onunla da müqavilə bağlayıb orda da təşviqatımızı apara bilərik. Hələlik isə öz mətbuat orqanlarımızda təşviqatımızı aparacağıq”.

Həmçinin oxuyun

“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır

İşlər artıq tikilinin birinci mərtəbəsində aparılır; ərazinin tam olaraq sentyabr ayına təmizlənəcəyi gözlənilir… Martın 26-da …

Bir cavab yazın