Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz”

“Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz”

Etibar Məmmədovun bu dəfə də partiya sədrliyinə kənardan namizəd axtarışına çıxdığı iddiaları var. Şəxsən Sizin ehtimalınız nədir, növbəti AMİP sədri partiyadan, yoxsa kənardan olacaq?

Moderator.az – ın əməkdaşı bu sualla AMİP funksionerlərinə müraciət edib və aşağıdakı cavabları alıb:

Elşən Mustafayevin cavabı:

“AMIP kollegial idarə olunan bir partiyadaır. Heç bir vəzifə mütləq hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib. Növbəti sədr də keçirilcək qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq patiyaya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Gələcək qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardaan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP – ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tuturlarsa, o 90 – cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr omamışdan öncə də AMİP – də sıravi üzv, katib vəzifələrində olub”.

Əli Orucovun də fikirləri fərqli olmadı:

“Sonucu AMİP sədri Yusif Bağırzadədənin kənardan gətirilmə kimi qəbul edilməsini doğru saymıram. Çünki Yusif Bağırzadə əvvəlcə partyiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8 – 9 aydan sonra Qurultay onu sədr seçdi. Gördüyünüz kimi Yusif bəy də bəzilərinin iddia etdiyi kimi birdən – birə sədr seçilmədi. Bu dəfə də sədr partiya üzvlərindən seçiləcək”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın