Şənbə , May 25 2019
Ana səhifə / Sosial / “Onun maskası cırılıb…” – Deputatdan sərt reaksiya

“Onun maskası cırılıb…” – Deputatdan sərt reaksiya

Avropa Parlamentinin sədri Martin Şults iyun ayının 10-da heç vaxt olmamış “İdman və insan haqları” mövzusunda tədbir keçirəcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında məlumat verib. O qeyd edib ki, iyun ayının 12-də Avropa Oyunlarının açılışı olacaq: “Amma bunlar belə bir tədbir keçiririrlər. Azərbaycanda keçirilən belə bir tədbirə bu cür reaksiya verirlərsə, bizə belə bir avropa dəyərləri lazım deyil. Şultsların öyrətdikləri adamlardır ki, ayın 30- da mitinq keçirmək istəyirlər. Həmin insanlardır ki, Azərbaycana oyunlarla bağlı adam gəlməməsinə çağırış edirlər. Budur, bunların ədaləti?! Bununla bir daha Şultsun özünün maskası cırılıb, üzə çıxmağa başlayıb. Bu adam guya sosial demokratları təmsil edir. Amma öz dəyərlərinə xəyanət edərək belə bir yolu tutub”.

Həmçinin oxuyun

İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək …

Bir cavab yazın