Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

Bakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib.

Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.

Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu – 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. Polisv Çernov Viktoroviçi yaxalayıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saytlardan birinə bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qəsəbə sakinlərindən birinin virtualaz.org saytına bildirdiyinə görə, seksual manyakın azyaşlı qızı boğaraq və küt alətlərlə vuraraq öldürdüyü məlum olub. Manyak bu gün səhər saatlarında cəsədi basdırmağa cəhd edərkən yaxalanıb. Deyilənlərə görə, bu dəhşətli cinayəti törədən manyak Çernov psixi problemləri olan şəxsdir. Amma bu, yalnız versiyadır.

Digər məlumata görə isə qatilin heç bir psixi xəstəliyi olmayıb, o, tam sağlamdır.

Virtualaz.org saytına danışan qəsəbə sakinləri Y.Çernovun təminatlı ailədən olduğunu da vurğulayıblar.

*      *      * 10:12

Bakıda azyaşlı qız itib.

5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə dünən saat 15-16 radələrində baş verib.

Aişənin əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.aaaaaaaa1

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın