Çərşənbə , İyul 17 2019
Ana səhifə / Sosial / Novxanı, Fatmeyi və Goradil Sumqayıta verildi – Fərəcov İsgəndərova qalib gəldi

Novxanı, Fatmeyi və Goradil Sumqayıta verildi – Fərəcov İsgəndərova qalib gəldi

Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 hektar əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.
Sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Verilən məlumata görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni “icazələr”in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir(aznews.az).
Qeyd edək ki, 1 ay əvvəl Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan “Sumqayıta xoş gəlmisiniz” giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürmüşdü və bu da qalmaqala səbəb olmuşdu.

Həmçinin oxuyun

Elmi İnstitutda “travmotoloji bazar” – VİDEO

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət …

Bir cavab yazın