Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Növbədənkənar iclas: Daşdan səs çıxdı, yeni deputatlardan yox…

Növbədənkənar iclas: Daşdan səs çıxdı, yeni deputatlardan yox…

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçirildi.

Növbədənkənar iclas əhalidə ciddi təşviş doğuran bir sıra məsələlərə, o cümlədən manatın devalvasiyası, banklardakı əmanətlərin qorunması, vətəndaşların kreditlərinin ödənilməsindəki çətinliklərin müzakirəsinə həsr olunmuşdu.

Azərbaycanın valyuta bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının dəyişdirilməsinə həsr olunmuş bugünkü iclasda 7 məsələyə baxıldı, müvafiq qanunlara dəyişikliklər edildi.

Modern.az əməkdaşının Milli Məclisdə apardığı müşahidələr göstərib ki, parlamentin bugünkü növbədənkənar iclasında Azərbaycan əhalisi üçün taleyüklü məsələlərə baxılarkən yeni eyni deputatlar çıxış ediblər. Söhbət Milli Məclisin daimi danışan üzvlərindən gedir… Onların adlarını çəkməyə yəqin ki, ehtiyac yoxdur, çünki bugünkü iclası yayımlayan media hər birinin fikirlərinə ayrıca yer verdi..

Yeni deputatlara gəldikdə isə…

2015-ci 1 noyabr seçkiləri nəticəsində ilk dəfə deputat mandatı qazanmış Milli Məclis üzvləri passivliklərilə yadda qaldılar. Belə ki, yeni deputatlardan bir nəfə belə, ölkə əhalisinin narahatlığıa səbəb olan taleyüklü məsələlərin müzakirəsi ətrafında çıxış etmək istəməyib. Halbuki, bu şəxslər 1 noyabr seçkilərindəki təbliğat-təşviqat kampaniyalarında seçicilərinə müxtəlif vədlər verir, onların problemlərini, haqq səslərini Milli Məclisdə qaldıracaqlarını bəyan edirdilər. Bəs nə oldu?…

Təəssüf ki, bugünkü iclasda daşdan səs çıxdı, az qala Milli Məclisin divarları dilə gəldi, amma yeni deputatlar yox… Onlar susmağa, danışmamağa, müzakirələrə qoşulmamağa, sadəcə düymə basmağa üstünlük verdilər…

Xatırladaq ki, 2015-ci 1 noyabr seçkiləri nəticəsində 27 nəfər ilk dəfə deputat seçilib. Milli Məclisin yeni deputatlarından 19-u hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın