Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Nizami rayonunda çökmüş yolda nəqliyyatın hərəkəti dayandırılıb

Nizami rayonunda çökmüş yolda nəqliyyatın hərəkəti dayandırılıb

“Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb”. Bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Qurum rəsmisi dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunduğunu vurğulayıb.

“Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq”, – deyə o qeyd edib.

A.Nəcəfli həmin küçədə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını da əlavə edib: “Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.

***11:27

“Azəravtoyol” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: “Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib”.

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə “Azəravtoyol” ASC-nin və “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. “Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq”, – deyə o bildirib.

*   *   *11:13

Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.

Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə, böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb. (primetime.az)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …