Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda polisin hərəkəti marağa səbəb oldu – FOTO/VİDEO

Bakıda polisin hərəkəti marağa səbəb oldu – FOTO/VİDEO

Bakıda polis əməkdaşı intensiv yağış nəticəsində yolda qalmış sürücülərə kömək edib.
Bununla bağlı görüntüləri Oxu.Az-a izləyicilər göndəriblər.
Videoda DİN əməkdaşı yolda qalmış avtomobilləri itələyərək, mühərrikinin işləməsinə kömək edib. Hüquq-mühafizə orqanların işçisinin bu cür addımı marağa səbəb olub.
Qeyd edək ki, polisin nə qanunvericiliklə, nə də “Polis xidməti haqqınnda” Təlimatla avtomaşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur. Onların işi təhlükəsizliyi təmin etməkdir. Bu videoda gördüyünüz polisin kiçik hərəkəti isə, əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, yolda avtomobillərin dayanmasının çətinləşdiyini görüb, yolda tıxacın yaranmaması üçün bunu etməyə qərar verib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …