Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Nazir şəhid ailələri və qazilərlə bağlı sahibkarlara çağırış edib

Nazir şəhid ailələri və qazilərlə bağlı sahibkarlara çağırış edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış edib.

Nazirin bununla bağlı “Twitter” paylaşımında deyilir:

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı.

Hazırda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram”.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …