Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial /  Naqif Həmzəyev danışdı: “Mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir”

 Naqif Həmzəyev danışdı: “Mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir”

“Başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümlələrə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da Ümummilli Liderimiz Heydər Əliyevdir”.

Azinforum.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Mən Rəsulzadəni təhqir etməmişəm və etmək də fikrim yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş jurnalistikanın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər. Mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən, jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər”.

N.Həmzəyev deputat fəaliyyətinin ilk dövrünü məhkəmə ilə başlamaq istəmədiyini deyib: “Sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heykəl qoymur. Dəfələrlə bəyan edilib ki, qeyri-rəsmi ortamda heç bir açıqlamadan söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim ulu öndər Heydər Əliyevdir”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın