Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Müəllimlərin maaşı 2-3 dəfə artmalıdır – Hadı Rəcəbli 

Müəllimlərin maaşı 2-3 dəfə artmalıdır – Hadı Rəcəbli 

“Müəllimlərlə bağlı elə söz deməmişəm. Mətbuatda yazılanlar iftira, uydurmadır”. 

Bu sözləri Bakupost.az-a müsahibəsində sabiq deputat, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli bildirib.

Fikirlərinin təhrif olunduğunu deyən H.Rəcəbli vurğulayıb ki, müəllimlərin maaşı 2-3 dəfə artırılmalıdır:

“Müəllimin əlavə vaxtı varsa, hansısa peşə ilə məşğul ola bilər. Məsələn, repetitorluq. Baxın, bu gün Azərbaycanda nə qədər repetitor var. Kim onlara qadağa qoyub?! Müəllimlər var ki, elektron idarəetmədə iştirak edir.

Dünyanın başqa ölkələrinə baxın. Məsələn, İranda müəllimlərin böyük əksəriyyəti ticarətlə məşğuldur. Bunun əleyhinəyəm. Müəllim yüksək maaş alsın ki, başqa peşə ilə məşğul olmasın. Düşünürəm ki, müəllimlərin maaşını 2 dəfə artırsaq, yenə də az olacaq”. 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …