Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Misir Mərdanov siyasətə qayıdır

Misir Mərdanov siyasətə qayıdır

Sabiq təhsil naziri Misir Mərdanovun qarşıdakı parlament seçkilərində YAP-ın namizədi olaraq seçkilərə qatılacağı gözlənilir. Onunla danışıqlar aparılıb və artıq ilkin razılıq əldə edilib.

Bu haqda strateq.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Misir Mərdanova 16 saylı Yasamal II seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyini irəli sürmək təklif edilib.

Sabiq nazir isə yalnız müvafiq razılıq olandan sonra seçkilərə qatıla biləcəyini deyib. Gözlənilir ki, YAP-ın yaxın günlərdə açıqlanacaq namizədlər siyahısında Misir Mərdanovun da adı olsun.

Xatırladaq ki, 16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın