Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Milli Məclisin komitə sədrləri də seçildi

Milli Məclisin komitə sədrləri də seçildi

Bu gün Milli Məclisdə komitə sədrləri də seçilib.

APA-nın məlumatına görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsi Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər.

Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın