Şənbə , Avqust 24 2019
Ana səhifə / Sosial / Milli Məclis biznesin 10 ildir gözlədiyi qanunu müzakirəyə çıxarır –Qəbul olunacaqmı?

Milli Məclis biznesin 10 ildir gözlədiyi qanunu müzakirəyə çıxarır –Qəbul olunacaqmı?

Rəqabət Məcəlləsini Milli Məclisin İqtisadi siyasət komitəsində 9 illik müzakirədən sonra plenar iclasa çıxarmaq mümkün olub. Artıq məcəllə özünün sonuncu oxunuşunu gözləyir”.
Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib. (modern.az)
Deputat bildirib ki, nəhayət Rəqabət Məcəlləsi yaxın aylarda sonuncu oxunuşa çıxarılaraq qəbul edilə biləcək:
“Rəqabət Məcəlləsinə bir daha baxaraq, son əlavə və dəyişiklər edildikdən sonra bu yaxın aylarda qəbul olunması üçün  pelnar iclasa çıxarılacaq. Milli Məclisin payız sessiyasın gündəliyi müzakirə olunan zaman məsələ qaldırdım ki, qəbul edilməsi və gündəliyə salınası vacib olan sənədlərdən ən vacibi də budur. Ölkə prezidentinin çıxışlarında da korrupsiya və monopoliyaya qarşı mübarizə çağırışları səslənir. Monopoliya olan yerdə korrupsiya var, korrupsiya olan yerdə də monopoliya. Ona görə də bu problem nə qədər tez həll olunsa, bir o qədər də ölkənin xeyrinə olacaq”.
Əli Məsimli deyib ki, Rəqabət Məcəlləsiz qeyri-neft sektorunun inkişafı mümkünsüzdür: “Rəqabət Məcəlləsi olmadan qeyri-neft sektorunun potensialını artırmaq mümkün olmayacaq. Azad rəqabət mühitini formalaşdırmaq üçün mütləq Rəqabət Məcəlləsini qəbul etməliyik.
Rəqabət Məcəlləsinin qəbuluna maneə ola biləcək amilləri aradan qaldırıb, onu qəbul etməsək, itirdiklərimiz çox olacaq.
Rəqabət Məcəlləsinin bu günə qədər qəbul edilə bilinməməsinin görünməyən tərəfləri var. Ümumdünya Ticarət Təşkilatına qəbul olmaq üçün ölkədə mütləq rəqabət mühiti olmalıdır”.

Həmçinin oxuyun

Bu fəhlələr 1 il 7 aydır maaş almır – Video

Fəhlələr1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Söhbət Abşeron rayonu “Masazır Park” Yaşayış …

Bir cavab yazın