Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / MHP liderindən Azərbaycana dəstək – “Recep İvedik”ə etiraz

MHP liderindən Azərbaycana dəstək – “Recep İvedik”ə etiraz

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə münasibət bildirib.

Bağçalı sosial şəbəkədəki hesabında Azərbaycana dəstək nümayiş etdirib.

“Bu filmdəki boks səhnəsi bizim tarixi və mədəni əlaqələrimizi sarsıda bilməz. Heç bir türk övladı bu münasibətlərin pozulmasına izin verməz. Coğrafiyamız ayrı, dövlətlərimiz fərqli olsa da, biz eyni millətin ürəkləri bir döyünən övladlarıyıq”-deyə MHP lideri vurğulayıb.

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar bu görüntülərə etirazını bildirmişdi.

Etirazlardan sonra həmin sənhə filmdən çıxarılıb.

AzVision.az

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın