Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Masazırda taksi sürücüləri yarışır – VİDEO

Masazırda taksi sürücüləri yarışır – VİDEO

Təhlükəli şəkildə qayda pozaraq özbaşnalıq edən taksi sürücüləri barədə dəfələrlə şikayətlər yayılır. Oxuculardan biri Masazır qəsəbəsində yarışan iki taksi sürücüsünün videogörüntüsünü avtosfer.az-a göndərib.

Hadisə dekabrın 17-də Masazır qəsəbəsində qeydə alınıb. Bir-birini keçməyə çalışan iki taksi sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb.

Onlar yüksək sürətlə hərəkət edərək əks istiqamətə çıxıblar. Hətta arxadan gələn avtomobilin qeydiyyat nişanının hər ikisi çıxarılıb.

Görüntünü təqdim edirik:

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …