Ana səhifə / Sosial / Mariya Zaxarova Azərbaycan xiyarını çox bəyəndi – FOTO

Mariya Zaxarova Azərbaycan xiyarını çox bəyəndi – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, başqa qonaqlarla yanaşı, tədbirə Rusiya XİN başçısının müavini Qroqori Krasin və həmin qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qatılıblar.

Tədbirdən sonra özünün “Facebook” səhifəsində təəssüratlarını bölüşən Mariya Zaxarova etiraf edib ki, səfirliyə gələrkən 10 dəqiqə oturandan sonra çıxıb getməyi düşünürmüş, lakin “xalq axını” və “canlı ünsiyyət” onu 1 saat səfirlikdə saxlayıb.

Rusiya XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Azərbaycan səfirliyində bayram süfrəsi plov, müxtəlif şorabalar və digər qida məhsulları ilə dolub daşırmış. Səfirliyi tərk edərkən diplomat özü ilə “masadan yadigar olaraq” xiyar və gilas götürüb və bununla bağlı yazıb: “Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.

*   *   *18:24

Bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib. Başqa qonaqlarla yanaşı, tədbirə Rusiya XİN başçısının müavini Qroqori Krasin və həmin qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qatılıblar.

Tədbirdə çıxış etmiş Azərbaycan səfiri Polad Bülbüloğlu qeyd edib ki, azərbaycanlılar ölkələrinin müstəqilliyi ilə fəxr edirlər.

Qriqori Krasin çıxışında bildirib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunan Rusiya XİN başçısının müavini vurğulayıb ki, bu “həddən artıq mürəkkəb münaqişə” olsa da, onun hərbi həlli yoxdur.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın