Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / DTX Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib – FOTOLAR

DTX Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib – FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Mərasimdə 28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şahmat dərnəyinin üzvləri – DTX əməkdaşlarının uşaqları arasında ənənəvi olaraq qələbə uğrunda keçirilmiş turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunmuş və Bakı şəhər Gənclər və İdman baş idarəsinin hakimləri tərəfindən idarə edilmiş üçnövçülük yarışının (velosiped yürüşü 10 km., qaçış 3 km, üzgüçülük 500 metr) qaliblərinə general-leytenant Mədət Quliyev tərəfindən kubok, medallar və qiymətli hədiyyələr verilib.

Bayram tədbiri DTX-nin əməkdaşları və onların övladlarının iştirakı ilə hazırlanmış geniş və maraqlı konsert proqramı ilə davam edib.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın