Bazar , Oktyabr 20 2019
Ana səhifə / Sosial / Məmurlara rəsmi qadağa qoyulur – «Google», «Yahoo» və «Whatsapp»dan istifadə etmək olmaz

Məmurlara rəsmi qadağa qoyulur – «Google», «Yahoo» və «Whatsapp»dan istifadə etmək olmaz

Rusiyada məmurların «Google», «Yahoo» və «WhatsApp»dan istifadəsinə rəsmən qadağa qoyulur. 

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat «İzvestiya» qəzetinin bugünkü sayında dərc olunub.

Məlumata görə, qadağa ilə bağlı qanun layihəsi hazırlanıb. Məqsəd, dövlət  xidmətinə aid bilgilərin xarici kəşfiyyatın əlinə keçməsinin qarşısını almaqdır. 

Qanun layihəsi «Rusiyanı qoruyaq» İctimai Birliyinin rəhbəri Mixail Marçenko və Dövlət Dumasının deputatı Vadim Solovyovun təşəbbüsü ilə hazırlanıb.

Marçenko bildirib ki, məmurlarla bağlı istənilən məlumat xarici kəşfiyyatın maraq dairəsinə daxildir.

Onun sözlərinə görə, artıq bir neçə yüksək rütbəli məmur mobil telefondan istifadə etməməyə başlayıb:«Təəssüf ki, bunu hamı başa düşmür». 

Qəzet yazır ki, hələ ki dövlət məmurları əcnəbi informasiya xidmətlərindən istifadə etməyə davam edir.

Bunların arasında ən populyarı ilə «Whatsapp»dır: «Bu xidmətdən deputatlar, qubernatorlar, senatorlar, bələdiyyə məmurları aktiv şəkildə istifadə edir. Onları şəbəkədə tapmaq üçün qeydiyyatdan keçmək və telefon nömrələrini bilmək kifayət edir. Məsələn, «Whatsapp»da Kalujskinin qubernatoru Anatoli Artamonova, Tulsk qubernatoru Vladimir Qruzdevə, Orlov qubernatoru Vadim Potomskiyə və başqa məmurlara rast gəlmək olar».

 

Qeyd edək ki, məlum qadağanın nəzərdə tutulduğu qanun layihəsi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin 25 avqust çıxışından sonra gündəmə gəlib.

Həmin vaxt Patruşev bildirmişdi ki, dövlət orqanlarının informasiya sistemlərində xarici kəşfiyyatın müxtəlif proqramlarına rast gəlinib.  

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …

Bir cavab yazın