Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Telman İsmayılovun şirkəti 213 milyon dollar cərimələndi

Telman İsmayılovun şirkəti 213 milyon dollar cərimələndi

Moskva Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollarlıq iddia üzrə qərar çıxarıb.

Virtualaz.org saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə bağlıverilən qərar T.İsmayılov üçün sarsıdıcı olub. Məhkəmə azərbaycanlı milyarderin şirkətinə qarşı iddianı təmin edib.

Moskva Bankı arbitraj məhkəməsinə oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı ərizə ilə müraciət etmişdi. Moskvanın Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı qaldirdığı 286 milyon  dollar həcmində iddianın xeyli hissəsini təmin etmişdi.

Bankın “Rusline 2000” (“Руслайн 2000”) və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə ayırdığı hər iki kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib. İş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə qaldırılıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın