Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Leyla Əhmədova aclıq aksiyası keçirir – 2 gün gecikən kirayə puluna görə qalmaqal

Leyla Əhmədova aclıq aksiyası keçirir – 2 gün gecikən kirayə puluna görə qalmaqal

Modelyer Leyla Əhmədova aclıq aksiyası keçirir.

Azinforum.az xəbər verir ki, bu haqda Axşam.az-a əməkdar artist Elza Seyidcahan deyib. O bildirib ki, modelyer hazırda ağır vəziyyətdədir:

“Üstünə təcili yardım gəlib. Sistemlər köçürürlər. Allah ona kömək olsun. Yaradıcı insandır, neçə ildir qurub düzəltdiyi məkanını əlindən alırlar. Bu da dözə bilmir, axırda aclıq aksiyası keçirib. Ona görə də vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, L.Əhmədovanın sahibi olduğu qadın klubunun yerləşdiyi məkanın rəhbəri ilə arasında baş verən qalmaqal bitmək bilmir. Modelyer “Nizami” metrostansiyasının yanında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə tutduğunu deyib.

O, icarə pulunu iki gün gecikdirdiyinə görə binanın sahibi Nizami Ağayevlə arasında mübahisə yaranıb.

Leyla gözəllik mərkəzinin rəsmi olaraq bağlandığını elan edib. O bildirib ki, artıq məkanda nə su, nə işıq, nə də qaz var:

“Əgər məkan işləsəydi, hər şey fərqli oalrdı. Amma bundan qorxmuram. Ürəyim rahatdır, Allah mənimlədir. Ən böyük cəzanı Allah verir”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …