Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Kişinin yaşı xanımdan daha çox olarsa, bu onların cinsi həyatlarında problem yarada bilər”

“Kişinin yaşı xanımdan daha çox olarsa, bu onların cinsi həyatlarında problem yarada bilər”

“Əgər kişinin yaşı xanımdan daha çox olarsa, o zaman bəzi hallarda cinsi həyatlarında bu, problem yarada bilir. Digər halda evliliyin yaşla heç bir əlaqəsi yoxdur. Bu məsələdə önəmli olan insanların xarakter uyğunluğu, anlayışlı olmaları ailəni qorumaq və gələcəkdə uşaq tərbiyəsində hər iki valideynin fərqli deyil, eyni metodla yanaşması, məqsədlərinin üst-üstə düşməsi vacibdir”.

Bu fikirləri psixoloq Samirə Bağırova deyib.

“Mütəxəssislər qeyd edirlər ki, eyni yaşdakı evliliklər və qadının ərindən yaşda böyük olması çox zaman uğurlu alınır. Belə ki, eyni yaşda olanlar eyni dəyişikliklər, tərz, dəb, dünyada baş verən hadisələr, yanaşmalara eyni vaxtda şahid olduqları üçün həyata baxışları üst-üstə düşə bilir. Əgər xanım yaşda böyük olursa ərindən bu zaman yoldaşının çətin anlarında, uğur qazanmasında yaxından iştirak edir. Bəzən ana kimi dəstəkçi ola bilir, uşağın tərbiyəsində daha səbrli, anlayışlı, qayğıkeş davrandığı üçün uğurlu nikah hesab edilir. Yaşından böyük kişi ilə evlilik istəyən xanımlarda – atanı güclü, qəhrəman, xilaskar, müdafiə edən obrazı kimi bildiyi, yaxud arzuladığı üçün ata dəstəyinə müdafiəyə, köməyə, ehtiyac duyduğu, özünü güvəndə hiss etməsini təmin etmək üçün özlərindən yaşlı kişilərə meyilli olurlar.

Maddiyat və sevgiyə gəlincə isə psixoloq qeyd edib ki, qarşılıqlı hörmət, anlayış səbr olduqda, məqsəd, hədəflər eyni olduqdan sonra hər şeyi  birlikdə əldə etmək mümkündür:

“Bu cütlükləri əslində daha yaxın edir. Sadəcə ölkəmizdə maddiyyat öndədir deyə, kiçikdən böyüyə hisslərə dəyər verən azdır. Bu da o deməkdir ki, mənəvi dəyərlər itməkdədir”.

Demokrat.az

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …