Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Biləsuvarın Səmədabad kəndi susuz qalıb – FOTOLAR

Biləsuvarın Səmədabad kəndi susuz qalıb – FOTOLAR

Biləsuvarın Səmədabad kəndində su problemi sakinlərin narazılığına səbəb olub.

Bu barədə report-a kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kəndin yanından su kanalı keçsə də sakinlər susuz qalıb: “Bu problem uzun illərdir mövcuddur. Kəndimizin bir hissəsi su ilə təmin edilsə də, bir hissəsi ya susuzluqdan əziyyət çəkir, ya da kanala yığılmış qurunt sudan istifadə etməli oluruq. Yeganə su mənbəyimiz köhnə Muğan kanalına gələn sudur. O da yeni beton Muğan su kanalı istifadəyə veriləndən kəsilib. Arada su buraxırlar, o da şordur. Nə içməlidir, nə də yuyunmalı, heç mal-qara da kanaldakı suyu içmir”.

Problem ilə bağlı Səmədabad kənd bələdiyyəsindən bildirilib ki, su mənbədən yoxdur: “Rayonumuza su Araz çayından Muğan kanalı vasitəsilə verilir. Su yeni Cənub Muğan kanalı vasitəsilə rayonun qərb istiqamətindən üzü şərq istiqamətinə doğru hərəkət edir və həm şəhər sakinləri, həm də digər kəndlərin sakinləri sudan mərhələli şəkildə istifadə edirlər. Su bol olanda asanlıqla Səmədabad kəndinin digər istiqamətindəki köhnə kanala da su ötürülür. Hazırda suyun səviyyəsi kəskin azaldığı üçün bunu etmək mümkün deyil”.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …