Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Keşlə sakini: “Yağış yağanda ev başımıza tökülür” – VİDEO

Keşlə sakini: “Yağış yağanda ev başımıza tökülür” – VİDEO

Bakının Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev 266 ünvanında yerləşən evin qəzalı vəziyyətdə olması sakinləri artıq təngə gətirib.
Bununla bağlı Yeniavaz.com-a şikayətində həmin ünvanda yaşayan Lalə Zeynalova bildirib. O, illərdir hər an uçmaq təhlükəsində olan evdə qaldığını, hara müraciət etsə də baxan olmadığını söyləyib:
“20 ildir uşaqları bu şəraitdə böyüdürəm. Yağış yağanda evi su basır, başımza tökülür. Vaqon keçəndə ev silkələnir. Evdə çimməyə yerimiz yoxdur. Şəraitimiz bərbad haldadır”.
Vətəndaşın şikayəti ilə bağlı bağlı Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyi ilə əlaqə saxladıq. İcra nümayəndəsinin müavini Rüstəm Cəlilov sayta bildirdi ki, onlara heç bir rəsmi müraciət daxil olmayıb:
“Bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Bundan əlavə də vətəndaşa aid olan evlərin təmiri üşün İcra nümayəndəliyinə pul ayrılmır”. 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …