Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı – YENİLƏNİB, FOTOLAR

İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı – YENİLƏNİB, FOTOLAR

Bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov səfirə fəaliyyəti dövründə ölkə mediası ilə sıx əməkdaşlığına görə təşəkkür edib.
Sədr bildirib ki, İran və Azərbaycan media orqanlarının qarşılıqlı əməkdaşlığı, səfərlərin təşkil olunması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib.
Daha sonra Ə. Amaşov səfirə Azərbaycandakı xidmətlərinə və media ilə əməkdaşlığına görə Mətbuat Şurasının xüsusi Diplomunu təqdim edib.
Səfir Möhsün Pakayin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etməsinə xidmət etdiyini, o cümlədən media ilə əlaqələrin qurulmasında yeni mərhələ başladığını deyib. O, Azərbaycan və İran jurnalistlərinin 10-dan çox qarşılıqlı səfərinin təşkil edildiyini, bu müddət ərzində daim media ilə əlaqələrə və müzakirələrə önəm verildiyini bildirib.
Səfir həmçinin Azərtac, APA, Trend agentliklərinin İranda, eyni zamanda bir neçə İran KİV-nin Azərbaycanda bürosunun fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, yeni səfir də İran və Azərbaycan arasında əlaqələrin inkişafında medianın roluna xüsusi diqqət edəcək.
Tədbirdə həmçinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Paralel” qəzetinin rəhbəri Tapdıq Abbas, professor Cahangir Məmmədli və başqaları çıxış edərək səfirə gələcək fəaliyyətində uğurlar arzu ediblər. Çıxışçılar iki ölkə mediası arasında münasibətlərin intensivləşməsinin tərəfdarı olduqlarını bildiriblər.
Qeyd edək ki, səfir Möhsün Pakayin bu ayın 22-də Azərbaycanı tərk edəcək.
Onu yeni səfir Cavad Cahangirzadə əvəzləyəcək.
*****
12:15
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Mətbuat Şurasında KİV təmsilçiləri ilə görüşüb.
Musavat.com-un məlumatına görə, görüşün məqsədi səlahiyyət müddəti bitməkdə olan səfirin ölkəmizin mediası ilə vidalaşması, bu vəsilə ilə mesaj və təəssüratlarını bölüşməsi olub.
MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq, onun səfir olduğu müddətdə Azərbaycan mediası ilə işin canlanmasını, səfirin bu istiqamətdə böyük işlər görməsini qeyd edib. Ə.Amaşov səfirliklə MŞ-nın planlaşdırdığı işlərdən və layihələrdən danışıb. Sonra səfirə xidmətlərindən dolayı Mətbuat Şurasının xüsusi Diplomu təqdim edilib.
Səfir Möhsün Pakayin tədbirdə çıxış edib.
Səfir Möhsün Pakayin bu ayın 22-də Azərbaycanı tərk edəcək. Onun yerinə isə yeni səfir Cavad Cahangirzadə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, C.Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb.
Musavat.com
İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq
Cavad Cahangirzadə









Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın