Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / İrandan Trampın viza qadağasına cavab gəldi

İrandan Trampın viza qadağasına cavab gəldi

İranda Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, bu komissiyanın ilk addımı İranın bütün ölkədəki səfirlərinə direktivin göndərilməsi olacaq.
Komissiyanın növbəti addımları barədə müzakirələr nəticəsində qərar veriləcək.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın