Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / “Instagram”dakı fırıldaqçılardan ehtiyatlı olun! – VİDEO

“Instagram”dakı fırıldaqçılardan ehtiyatlı olun! – VİDEO

Sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara xüsusi internet xidmətləri göstərən səhifələri görürük.

Onların göstərdiyi “xidmətlər” içərisində ən məşhurları isə parolların oğurlanması, səhifələrin izləyicilərinin artırılması və şəxsi məktubların izlənməsidir.

Məsələ ilə bağlı dünən Daxili İşlər Nazirliyi də istifadəçilərə müraciət edərək vətəndaşların sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verən, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxardan, hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslərə inanmamağa və heç bir ödəniş etməməyə çağırıb.

Azərbaycan Milli İnternet Forumunun rəhbəri Osman Gündüz isə hesab edir ki, fərdi informasiyaların qorunması ilə bağlı qanunvericilik sərtləşdirilməlidir.

Ekspert mütəmadi olaraq maarifləndirici videoçarxların sosial şəbəkələrdə çoxalmasının vacib olduğu bildirir. Ancaq ilk olaraq vətəndaş özü bu kimi hallara qarşı diqqətli olmalı, bu tip fırıldaqçılara inanmamalıdır.

Hər halda bu xidmətlərin özləri də qanunla qadağandır. Bundan əlavə kiber dünyada baş verən cinayətlərlə bağlı ixtisaslaşmış məhkəmənin olması arzuolunandır. (Oxu.Az)


Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …