Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Çin istehsalı olan məhsullar təhlükəlidirmi? – VİDEO

Çin istehsalı olan məhsullar təhlükəlidirmi? – VİDEO

Azərbayacanda Çində istehsal olunan məhsullar kifayət qədərdir.

Ökəmizə Çindən həm qida, həm də geyim məhsulları gəlir.

“Sədərək” Ticarət Mərkəzindəki satıcılar bildirir ki, oradakı malların hamısı Çindən gəlib.
Demək olar ki, paytaxtın ən böyük ticarət mərkəzlərində satılan məhsulların çoxu Çin istehsalıdır. 

Nəzərə alsaq ki, koronavirusun yayıldığı ölkələrin siyahısı hər gün daha da artır, deməli, biz də bu bəlaya hazır olmalıyıq. 

Bazardakı alıcılar bildirir ki, onlar rahat alış-veriş edir. 

Çindən ölkəmizə elektron ticarət vasitəsilə də kifayət qədər məhsul sifariş olunur. Son günlərsə poçt göndərişlərinə məhdudiyyət məsələsi gündəmə gəlib. 

“Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Mehman Balabəyovun sözlərinə görə, “Azərpoçt” vasitəsilə daşınması həyata keçirilən beynəlxalq poçt göndərişləri yalnız avia nəqliyyət vastəsilə ölkəmizə daxil olur.

“Beynəlxalq poçt göndərişləri gömrük baxışından keçdikdən sonra Poçt Daşıma Mərkəzinə daxil olur və ölkə üzrə təyinat məntəqələrinə çatdırılır. Hazırda beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən çatdırılmasında hər hansı məhdudiyyət qoyulmayıb” – deyə M.Balabəyov bildirib. 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, son illər daha çox tələbat yaranan zəncəfil Azərbaycana ancaq Çindən gəlir. 

E.Hüseynov qeyd edib ki, “ekzotik meyvələrin əksəriyyətinin, məsələn, avokado və manqonun da Çindən gətirildiyi istisna deyil. Çindən alınan bütün qida məhsullarının qaynar suda yuyulması məsləhətdir. Elə Çin istehsalı olan geyimləri də istifadədən əvvəl yaxşıca ütüləmək lazımdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …