Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir” –Anar Nəcəfli

“İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir” –Anar Nəcəfli

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.

Onun sözlərinə görə, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub:

“İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

Anar Nəcəfli bildirib ki, Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …