Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Oğlumla doğum günümüz eyni günə təsadüf edir…”- Aprel şəhidimizin atası…

“Oğlumla doğum günümüz eyni günə təsadüf edir…”- Aprel şəhidimizin atası…

Bu gün aprel şəhidimiz Emin İmran oğlu Bağırovun doğum günüdür. Emin Bağırov 1996-cı ilin bu günü Bakının Binəqədi qəsəbəsində anadan olub. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbçimiz aprelin 6-da böyük izdihamla dəfn edilib. 
Şəhidimizin atası İmran Bağırov Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün həm onun, həm də Eminin doğum günüdür:
“Eminlə mənim doğum günüm eyni günə təsadüf edir. Mənim əlli yaşım tamam olur, Eminin isə iyirmi iki. Emin heç vaxt təmtəraqlı doğum günü keçirməyi xoşlamırdı. Elə bir yerdə ailədə toplaşıb hər ikimizin doğum günün qeyd edirdik. Hərbi xidmətdə olanda bir doğum günü keçirdi. Bu gün doğum günüylə bağlı şəhid ailələri, yaxınlarımız və vətənpərvər insanlar bizə gəlib-gedirlər. Məzarını ziyarət etdik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun ki, diqqətdə saxlayırsınız”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …