Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılır

İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılır

Sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının keçiriləcəyi günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılır. Bu barədə “Amerikanın Səsi” ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbstə istinadən bildirib.

Herbstin sözlərinə görə, bu görüş cəbhə xəttində tərəflər arasında gərginliyin azaldılmasına səbəb ola bilər.

“Amerikanın Səsi” əlavə edir ki, Dağlıq Qarabağda qanlı aprel döyüşlərindən sonra münaqişənin siyasi həlli yollarının tapılması üçün bütün tərəflər arasında etimadın yüksəldilməsi vaxtı yetişib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın