Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / İlham Əliyev Ramzan Kadırovun şəxsi nümayəndəsini qəbul etdi – Müzakirə

İlham Əliyev Ramzan Kadırovun şəxsi nümayəndəsini qəbul etdi – Müzakirə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.

Görüşdə Prezident İlham Əliyev Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb.

Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib və Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirib.

Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş edib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın