Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İlham Əliyev Qazaxıstana gedəcək

İlham Əliyev Qazaxıstana gedəcək

“Gələcəyin Enerjisi” EKSPO-2017 beynəlxalq sərgisinin Astanada dünənki möhtəşəm açılış mərasimindən sonra milli pavilyonlar, həmçinin Azərbaycan pavilyonu bu gün öz qapılarını açıb.

Xatırladaq, EKSPO-2017 sərgisi ekoloji təmiz enerjinin alınması və karbon qazı tullantılarının azaldılmasıının müxtəlif üsullarına həsr edilib. Tədbirdə 115 ölkə və 22 beynəlxalq təşkilat iştirak edir. “Odlar Yurdu — keçmişdən gələcəyə enerji” adlanan Azərbaycanın milli pavilyonu 403,3 kvadratmetr sahəni əhatə edir.

Amma indiki halda söhbət hələ Azərbaycan pavilyonunun rəsmi açılışından getmir. Rəsmi açılış iyulun 9-da olacaq. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov virtualaz.org-un hazırda Astanada olan müxbirinə deyib ki, bu hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan paytaxtına gələcəyi gözlənilir.

Səfirin sözlərinə görə, 9 iyulda EKSPO-2017-də Azərbaycan Günü keçiriləcək və bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

Xatırladaq ki, dünyasını dəyişmiş Azərbaycanın energetika naziri Natiq Əliyev “Gələcəyin Enerjisi” EKSPO-2017-in beynəlxalq sərgisində Azərbaycanın milli komissarı olmalı idi. Virtualaz.org dəqiqləşdirib ki, milli komissar yeri hələlik boşdur. (Virtualaz.org)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın