Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İcra başçısına yeni müavin təyin olunub – Foto

İcra başçısına yeni müavin təyin olunub – Foto

Sabunçu rayon icra başçısına yeni müavin təyin olunub.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yeni müavin Fərəcova Rəna Möhübbət qızıdır. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura, 2013-cü ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildən isə Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.

2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ilin sentyabr ayında Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunub.

2016-cı ilin noyabr ayında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsinə təyin olunub.

28.07.2017-ci il tarixində isə Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın