Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu

Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu

Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın dünyasını dəyişib. Xaçmaz rayonunun Yeni Həyat kənd sakini, 28 yaşlı Rəqsanə Səfərovanın vəziyyəti ağırlaşıb və o, Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Rayon xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, R.Səfərovaya vaxtilə hamilə qalmağın səhhəti üçün böyük təhlükə olduğu bildirilsə də, o, bu xəbərdarlığa məhəl qoymayıb və hamilə qalıb. Mərhumun ölüm səbəbinin beynində damar genişlənməsi olduğu bildirilib.

Onuda qeyd edək ki, Səfərova altı aylıq hamilə olub və bu onun ilk hamiləliyi imiş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …