61 saylı Neftçala Dairə Seçki Komisiyasından Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən “ULU YOL”Gənclər Təşkilkatının sədri, müstəqil jurnalist kimi fəaliyyət göstərən Saday Fərəcovun namizədliyi qeydə alınmayıb. Bu barədə Azinforum.az-a Saday Fərəcovun özü məlumat verib:
“Biz namizədliyin qeydə alınması üçün bütün prosedur qaydalarına müvafiq sənədləri təqdim etmişik. Sonda imza vərəqələrin DSK-a təhvil verdik.
Bütün sənədlərimizin qaydasında,hətta imzalarında yetərli olmasın DSK-dan məsul şəxslər desədə,sonradan imzalardan bir-neçəsinin düzgün olmamasın qeyd ediblər.Etiraf edim ki,insan əli ilə yazılıb və hansısa rəqəmin ,imzanın yerinin səhv düşməsi anlayışlıdı. Amma bu fakt 5-10 imza arasında ola bilər. Adiyyəti orqan olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova teleqram göndərmişəm və haqqın bərpa olmasına sonacan ümidliyik”.